"Çılğın dondurmaçı" ilə bağlı müzakirələr getdikcə artır. Türkiyədən Bakıya gələn və sosial şəbəkələrdə məşhurlaşan, paytaxtın mərkəzində dondurma satan Mehmet Dinçin ritmik musiqi və rəqslərlə müşayiət olunan şousu cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə onun qarşısında müxtəlif yaş qruplarından olan azərbaycanlıların rəqs etməsi geniş müzakirələrə səbəb olub.
Şəhərin mərkəzində nümayiş etdirilən bu cür davranışlar son dövrlərdə milli-mənəvi dəyərlərə və azərbaycançılıq düşüncəsinə zidd meyillərin davamı kimi qiymətləndirilir. Belə şouların qapalı məkanlarda təşkil olunmasına müəyyən dərəcədə anlayış göstərmək mümkün olsa da, açıq havada, insanların istirahət etdiyi ictimai məkanlarda nümayiş etdirilməsi cəmiyyətdə qəbul olunmuş etik davranış normalarına zərbə kimi dəyərləndirilir.
Şübhəsiz ki, bu yanaşmanın əsas məqsədi dondurmaçının ticarətinə diqqət cəlb etməkdir. Lakin diqqət çəkmək naminə nümayiş etdirilən bu cür rəqslər digərlərində də eyni davranışları təkrarlamaq və görünmək həvəsini artırır. Nəticədə estetik və mənəvi dəyərlərdən uzaq, yalnız zahiri görüntüyə hesablanmış bu meyillərin gələcəkdə hansı mənfi nəticələrə səbəb ola biləcəyini təsəvvür etmək çətin deyil.
Maraqlıdır ki, bəzi şəxslər qapalı məkanlarda, xüsusilə məscidlərdə uşaqların iştirakını onların psixoloji təsirə məruz qala biləcəyi iddiası ilə tənqid etdikləri halda, azyaşlıların bu cür küçə şoularını izləməsinə və həmin mühitin təsirinə məruz qalmasına qarşı demək olar ki, heç bir narahatlıq ifadə etmirlər.
Küçə şousu milli maraqları hədəfə alır