Özgür Özəlin partiyasına dəstək: Partiya 24 saatda 113 milyon 841 min 910 Türkiyə lirəsi ianə topladı

Türkiyədə YENİ Partiyanın ilk həmrəylik kampaniyası qısa müddətdə böyük maraq doğurub. YENİ Partiya həmrəylik kampaniyasının ilk 24 saatında 31 min 934 nəfərin ümumilikdə 113 milyon 841 min 910 Türkiyə lirəsi ianə etdiyini açıqlayıb.

Partiya bu il CHP-dən ayrılan Özgür Özəl və onu dəstəkləyən deputatlar tərəfindən təsis edilib. Qısa müddətdə Türkiyə Böyük Millət Məclisində əsas müxalifət qüvvəsinə çevrilən YENİ Partiya hazırda ölkə üzrə təşkilatlanma işlərini davam etdirir.

Partiya rəhbərliyi bildirib ki, ianə kampaniyasına göstərilən yüksək maraq cəmiyyətin yeni siyasi hərəkatı dəstəklədiyini göstərir.