Ordubadda məcburi iməciliyə aparılan vətəndaşın günvurmadan öldüyü, anasının isə intihar etdiyi bildirilir.
"Gündəlik Naxçıvan"ın yazdığına görə, iyulun 25-də - şənbə günü Elvar Babayev adlı Vənənd kənd sakini çalışdığı Rayon Kommunal Təsərrüfatı İdarəsindən məcburi iməciliyə çağırılıb.
Yaxınlarının sözlərinə görə, 25 yaşlı E.Babayev həmin gün təzyiqinin yüksək olduğunu əsas gətirərək iməciliyə getməmək üçün icazə istəsə də, işdən çıxarılmaqla hədələnib.
“İşə təzə düzəlmişdi. İşdən qovulmamaq üçün məcbur gedib iməciliyə. İməcilik çöllük ərazidə, günün altında keçirilir. Burada əməkdaşlara ot yoldurur, alaq təmizlətdirirlər. Günortaya yaxın temperatur 45 dərəcəyə kimi çatıb. Yenə evə getmək üçün icazə istəyib, verməyiblər. Anidən ürəyi gedib və yıxılıb. Təcili yardım xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb", - onlar deyir.
Gəncin ölümündən sonra anası Fatimə Babayeva aidiyyəti qurumlara müraciət edərək günahkarların cəzalandırılmasını tələb etsə də, onunla kobud davranıldığı deyilir. Məlumata görə, o, oğlunun ölümündən bir gün sonra intihar edib.
Mərhumun yaxınları iş yerinin hadisənin əsl səbəbini gizlətməyə çalışdığını iddia edirlər.
“Xəstəxanaya, Elvarın iş yoldaşlarına və qohumlarına tapşırılıb ki, onun ürəktutma xəstəliyindən öldüyünü desinlər. Rəsmi mətbuat da iməcilik və günvurma məsələsini gizlədir, ölümü guya onun xəstəliyi ilə əlaqələndirirlər. Hər kəsi də təhdid ediblər ki, bu haqda danışmasınlar", - onlar bildirir.
İttihamlarla bağlı sözügedən idarədən münasibət almaq mümkün olmayıb.
Məcburi iməciliyə aparılan vətəndaşın günvurmadan öldüyü deyilir