İraqdakı yerli mənbələrin verdiyi məlumata görə, ölkənin Kərbəla və Neynəva vilayətlərində yerləşən "Həşdi-Şabi" (Xalq Səfərbərlik Qüvvələri) bazaları hava hücumlarına məruz qalıb.
Bu barədə SEPAH-ın rəsmi telegram kanalı məlumat yayıb.
Mənbələr bu əməliyyatların ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən həyata keçirildiyini bildirir.
Hücumlar nəticəsində ciddi dağıntıların olduğu vurğulanır.
Bildirilir ki, Kərbəla vilayətində təkcə hərbi obyektlər deyil, həm də Ərbəin ziyarəti ilə əlaqədar zəvvarlar üçün təşkil olunmuş düşərgələr və xidmət məntəqələri hədəf alınıb.
Məlumata görə, hücumlar nəticəsində mülki infrastruktura zərər dəyib, xəsarət alanlar və itkilər barədə məlumatlar dəqiqləşdirilir.
ABŞ və Səudiyyə Ərəbistanı İraqın Kərbəla və Neynəva vilayətlərində yerləşən "Həşdi-Şabi bazalarına hava hücumu edib