Azad Kərimov da azadlığa çıxıb

Müsəlman Birliyi Hərəkatının üzvü Azad Kərimov azadlığa çıxıb. Bu iyul ayında həbs dövrünü bitirib azadlığa çıxan 4-cü hərəkat üzvüdür. O, iyulun 30-da cəza çəkdiyi 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

İnanclı 2023-cü il yanvarın 30-da saxta ittihamlarla saxlanılmışdı. Geniş inanclı həbsləri fonunda o, 27 fevral 2024-cü il tarixində məhkəmənin qərarı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Azad Kərimov Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.