İşçi hüquqları fəalı Elvin Mustafayev azadlığa çıxıb

Həbsdə olan işçi hüquqları fəalı Elvin Mustafayev avqustun 4-də azadlığa çıxıb.

Bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Fəal cəzaçəkmə müddətini başa vurub.

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il yanvarın 31-də çıxardığı hökmə əsasən, o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Mustafayev ittihamı qəbul etməyib və cinayət təqibini üzvü olduğu "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasındakı fəaliyyəti ilə əlaqələndirib.

2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü - sədr Afiəddin Məmmədov, eləcə də Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov müxtəlif vaxtlarda həbs olunub.

Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların siyasi motivli və qurama olduğunu bildiriblər.