İslam dini Vyana məktəblərini “fəth” edir

İslam dini Vyana (Avstriya) məktəblərində oxuyan şagirdlər arasındakı ən məşhur dindir.

“Austria Today”a istinadən xəbər verir ki, buna Vyana İbtidai Məktəblərindəki Dini Təhsil Departamentinin araşdırması dəlalət edir.

Belə ki, dövlətin ibtidai məktəblərində oxuyanların 35 faizini müsəlmanlar, 21 faizini katoliklər, 13 faizini də pravoslavlar təşkil edir. Şagirdlərin 26%-i isə özünü heç bir dinə mənsub bilmir.