Yaxın Şərqdə və Şərqi Avropada davam edən hərbi qarşıdurmalar fonunda Azərbaycanın geosiyasi mövqeyi yenidən beynəlxalq diqqət mərkəzinə gəlib. Son dövrlər müxtəlif dairələr tərəfindən Azərbaycanın xarici xüsusi xidmət orqanlarının fəaliyyətinə şərait yaratdığı barədə iddialar səsləndirilsə də, rəsmi Bakı bu ittihamları qəti şəkildə rədd edir.
Prezidentin köməkçisi Hikmət Hacıyev məsələ ilə bağlı həm regional təhlükəsizlik, həm də Azərbaycan-İran münasibətləri barədə mühüm mesajlar verərək, regiondakı mürəkkəb geosiyasi vəziyyəti diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi coğrafiyada təhlükəsizlik mühiti son dərəcə həssasdır. Hikmət Hacıyev bildirib ki, Bakının təxminən 200 kilometr cənubunda İran, ABŞ və İsrail arasında hərbi qarşıdurma yaşanır, ölkənin şimal istiqamətində isə Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Bu reallıq Azərbaycanın balanslı və məsuliyyətli siyasət yürütməsini zəruri edir.
Prezidentin köməkçisi Azərbaycanın guya İsrailin xüsusi xidmət orqanı “Mossad” tərəfindən İrana qarşı istifadə edildiyi barədə yayılan iddialara da münasibət bildirib.
O vurğulayıb ki, bu cür ittihamların heç bir əsası yoxdur. O diqqətə çatdırıb ki, Azərbaycan İranı qardaş ölkə hesab edir. Həmçinin bildirib ki, Araz çayının o tayında yaşayan insanlar Azərbaycan üçün doğma insanlardır və onların təhlükəsizliyi, rifahı ölkə üçün xüsusi əhəmiyyət daşıyır.Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsidir. Bu səbəbdən rəsmi Bakı heç vaxt öz ərazisinin hər hansı qonşu dövlətə qarşı istifadə olunmasına imkan verməz. Hikmət Hacıyev səsləndirilən iddiaların texniki baxımdan da mümkün olmadığını bildirib. Onun fikrincə, belə ssenarilərin həyata keçirilməsi ilə bağlı iddialar reallıqdan uzaqdır və regionun coğrafi, siyasi şərtləri ilə uzlaşmır. O əlavə edib ki, bu kimi məlumatlar daha çox məqsədli dezinformasiya və çirkin təbliğat kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Hikmət Hacıyev Azərbaycanın İranı qardaş ölkə hesab ediyini bildirərək “Mossad” iddialarını rədd edib