"Qarabağ" "Dinamo"ya uduzdu

UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

“Lublin Arena”da oynanılan qarşılaşma Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Ağdam klubunun heyətində 88-ci dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.