Yəməndə Qərbə meyilli hökumət qüvvələri husilərə qarşı əməliyyat keçirib

İllər öncə xalq tərəfindən devrilərək ölkədən qaçan Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı silahlı qüvvələr “Ənsarullah” hərəkatının husilərinə qarşı hərbi əməliyyat keçirib.

Bu barədə Müdafiə Nazirliyi sözçüsü polkovnik Macid ən-Nüzeyli məlumat verib.

Onun sözlərinə görə, əməliyyat Məarib və Hədrəməvt vilayətlərində husilərin hücumlarına cavab olaraq həyata keçirilib.

O bildirib ki, hökumət qüvvələri təmas xəttinin bir neçə istiqamətində husilərin mövqelərinə və hərbi vasitələrinə zərbələr endirib.

Ən-Nüzeyli hücumlar nəticəsində hərbçi və mülki şəxslərin öldüyünü və yaralandığını qeyd edib.

Yəmən ordusu husiləri ölkəni regional münaqişələrə cəlb etməkdə ittiham edib və onların hücumlarına qəti hərbi tədbirlərlə cavab veriləcəyini açıqlayıb. Şübhəsiz burada Qərbin maraqları az rol oynamır. Husilərlə mübarizədə uğur qazana bilməyən Qərb kualisiyası Ənsarullahı daxildən zəiflətmək üçün bütün imkanlardan istifadə edirlər.