Rusiya Kiyev vilayətinə dron zərbəsi endirib, anbarlar yanır

Rusiya Kiyev vilayətinə dron zərbəsi endirib, anbarlar yanır

Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunda Rusiya zərbə dronlarının səhər hücumundan sonra anbar binalarının ərazisində yanğın baş verib, 65 yaşlı kişi yaralanıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev vilayəti üzrə mətbuat katibi Viktoriya Ruban və Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildiriblər.

Rubanın sözlərinə görə, xilasedicilər hücumdan sonra baş vermiş yanğını söndürməyə başlayıblar.

Tkaçenko qeyd edib ki, 65 yaşlı kişi qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilir.

"Hava həyəcanı davam edir. Hamıdan təhlükəsiz yerlərdə qalmağı xahiş edirəm. Daha ətraflı məlumat sonra veriləcək", - o deyib.

Hücumun digər nəticələri barədə araşdırmalar davam edir.