Ayxan İsrafilov cəzaçəkmə müddətini bitirərək azadlığa çıxıb

İşçi hüquqları fəalı Ayxan İsrafilov cəzaçəkmə müddətini bitirərək azadlığa çıxıb.

Bu barədə avqustun 11-də onun yaxınları məlumat yayıb.

Ayxan İsrafilov 2023-cü il avqust ayında saxlanılıb. O, narkotik vasitələrin əldə edilməsi və daşınması maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.

Özü ittihamı qəbul etməyib və cinayət təqibini "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasındakı fəaliyyəti ilə əlaqələndirib.

2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü - sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov müxtəlif vaxtlarda həbs olunub. E.Mustafayev də bu yaxınlarda cəzaçəkmə müddətini bitirərək azadlığa çıxıb.