Tale Bağırzadə 12 saylı cəzaçəkmə müəsisəsinə köçürülüb

İlahiyyatçı Tale Bağırzadə avqustun 8-də saxlanıldığı Umbakı ciddi qapalı müəsisəsindən 12 saylı cəzaçəkmə müəsisəsinə köçürülüb. Bu barədə MBH sədri özü məlumat verib. “Ötən gün köçürülmə oldu. Bir gün karantində qaldım. Bu gün səhərdən (9 avqust) açıq zona buraxılmışam. Hər şey yaxşıdır.”

Xatırladaq ki, Tale Bağırzadə 2025-ci il iyulun 18-də Qaradağ rayon Məhkəmənin qərarı ilə 1 il müddətinə ciddi qapalı rejimli müəsisəyə köçürülmüşdü. Bu 1 illik Umbakı həbsxanasında olduğu müddətdə ilahiyyatçı təkadamlı otaqda cəza müddətini yaşamışdı.

Avqustun 8-də T. Bağırzadə cəza müddətini başa vuraraq Umbakıdan 12 saylı cəzaçəkmə müəsisəsinə geri qaytarılıb.