Həbsdə olan jurnalist Polad Aslanovun saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (‘kars’) salındığı bildirilir.
Bu barədə “Toplum TV”-yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Onun sözlərinə görə, aprelin 29-da Polad Aslanova digər məhbus tərəfindən hücum edilməsi barədə məlumat əldə edib:
“Digər məhbus həyat yoldaşıma hücum edib. Bundan sonra hər ikisi 15 günlük ‘kars’a salınıb. Hücuma məruz qalan Polad Aslanovdur, amma niyə onu da ‘kars’a saldıqlarını anlamıram. Hazırda onunla əlaqə saxlaya bilmirəm və həyatından narahatam. Gün ərzində dəfələrlə Ombudsman Aparatı ilə əlaqə yaratmağa çalışmışam, lakin cavab ala bilməmişəm.”
G. Aslanova əlavə edib ki, mayın 1-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Fikrət Qafarovun qəbulunda olub və ona məsələnin araşdırıldığı bildirilib.
Hələlik, bütün bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Polad Aslanovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması ilə bağlı iddiasına baxılması üçün aprelin 23-də Səbail Rayon Məhkəməsində proses keçirilib və məhkəmə şikayəti baxışa götürüb.
Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və bunu korrupsiya ilə bağlı ifşaları ilə əlaqələndirir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır. Avropa İnsan Hüquqları Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycan hökumətinə qarşı qərar çıxarıb.
Polad Aslanovun cərimə kamerasına salındığı bildirilir