Çempionlar Liqasında ikinci finalçı bəlli oldu

UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olub.

Yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olub. “Alyans Arena”da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Komandaların ilk dueli PSJ-nin xeyrinə (5:4) başa çatdığından, Paris klubu iki görüşün nəticəsinə əsasən, finala yüksəlib.

Qeyd edək ki, mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək həlledici qarşılaşmada PSJ-nin rəqibi İngiltərə "Arsenal"ı olacaq.