2025-ci il avqustun 15-də saxlanılan inanclı xanımlar Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcovanın məhkəməsi başlayıb. Bu gün (17 iyun) Xəzər Rayon Məhkəməsində baş tutan ilk iclas işlə tanışlıq xarakteri daşıyıb. İttiham olunan xanımlar məhkəməyə istintaq materialları, ittiham aktı ilə tanış olmadığını bildiriblər. Hakim xanımların iş ilə yaxından tanış olması üçün məhkəməni 1 iyul saat 15:00-a qədər təxirə salıb.
Xatırladaq ki, Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin (ə) 40 mərasimi (Ərbəin) günündə ehsan payladıqları üçün saxlanılıblar. İnanclı fəallar barəsində məhkəmə Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başladıb.
İnanclı xanımların ilk məhkəmə iclası baş tutub