İsrailli nazirindən yeni müharibə ssenarisi

İsrail Diaspora Naziri Amichai Çikli ölkəsinin "gec-tez Suriya ilə müharibəyə girəcəyini" iddia edərək əlavə edib ki, "Türkiyə və Suriya İrandan daha çox narahatedicidirlər".

O, İsrail ordusu radiosunda yayımlanan bir proqramda cari hadisələrə toxundu.

ABŞ və İran arasındakı razılaşmadan sonra İsrail ordusunun Livanın cənubundan çəkilməsi ilə bağlı müzakirələrə gəldikdə, Çikli deyib: "Əgər Mavi Xəttə (Livan-İsrail sərhədindəki Birləşmiş Millətlər Təşkilatının demarkasiya xətti) qayıtsaq, bu, uğursuzluq olar. Düşünmürəm ki, geri çəkiləcəyik. Lazım gələrsə, ABŞ-a necə "yox" deməyi bilirik".

 

"Türkiyə və Suriya İrandan daha çox narahatedicidir"

Baş nazir Binyamin Netanyahunun Likud Partiyasının üzvü olan İsrail naziri Çikli, İsrailin "gec-tez Suriya ilə müharibəyə girəcəyini" iddia edərək əlavə edib: "Türkiyə və Suriya İrandan daha çox narahatedicidir".

103 FM radiosuna verdiyi açıqlamada Çikli, Qərb dünyasının illərdir tətbiq etdiyi blokada və müharibə nəticəsində iqtisadiyyatı zədələnmiş İranın vəziyyətinə toxunaraq deyib: "Yaranacaq razılaşma narahatedicidir, amma məni ən az narahat edən İran iqtisadiyyatının dirçəlməsidir. Məni daha çox narahat edən bu razılaşmanı formalaşdıran oxdur: Türkiyə, Qətər və Pakistan. Gözlərimizin önündə yeni bir ox yüksəldiyini görürük".