DÇ 2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın etdi

Futbol üzrə dünya birinciliyinin B qrupunda II turun növbəti qarşılaşması baş tutub. Los-Ancelesdəki arenada keçirilən oyunda İsveçrə və Bosniya və Herseqovina yığmaları üz-üzə gəlib. Matç isveçrəli futbolçuların 4:1 hesablı böyük qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində Joan Manzanbi (74, 90) dubla imza atıb. İsveçrə millisinin digər qollarını Ruben Varqas (84) və Qranit Caka (90+7) rəqib qapısından keçiriblər. Bosniya və Herseqovina yığmasının yeganə təsəlli qoluna isə oyunun son dəqiqələrində Ermin Mahmic (90+3) adını yazdırıb.

Xatırladaq ki, bu qrupun çərçivəsində növbəti matç gecə saat 02:00-da start götürəcək və Kanada ilə Qətər yığmaları yaşıl meydana çıxacaqlar.