ABŞ İranla 40 gün müharibə apardı, bundan sonra arada bir neçə saatlıq atışmalar oldu. İran mart ayının ortalarından etibarən Hörmüz boğazını bağladı.
İran dünyada Rusiyadan sonra ikinci ən çox sanksiyalanmış ölkədir, lakin Rusiya 2014-cü ildən etibarən sanksiyalar altındadır, İran isə – 1979-cu ildən. Üstəlik, bu müddət ərzində İran İraqla 8 illik total müharibə də yaşayıb. ABŞ-la müharibədə İrana başqa ölkələrdən hərbi yardım edilməsi barədə açıq məlumat yoxdur.
ABŞ dünyanın ən bahalı ordusuna, ən çox hərbi bazalarına, ən müasir silahlarına, ən böyük iqtisadiyyatına malik ölkədir, dünyanın ən böyük neft-qaz istehsalçısı və ixracatçılarından biridir. ABŞ-a qarşı heç bir ölkə sanksiya tətbiq etməyib – Çin istisna olmaqla (o da yalnız nadir elementlər üzrə və keçən ilin sonlarından etibarən). ABŞ-a heç bir ölkə siyasi təzyiq göstərmir və istədiyi cinayəti etməyə heç bir ölkə mane olmur. Üstəlik İranla müharibədə ABŞ-a ikinci nüvə dövləti İsrail də kömək edir. Müharibə zamanı, rəsmi məlumata əsasən, ABŞ-ın cəmi 13 hərbçisi ölüb, 300-ə yaxını yaralanıb.
Bütün bunlara baxmayaraq, İranla müharibənin başlanmasından 3,5 ay sonra ABŞ iqtisadiyyatı elə pis vəziyyətə düşüb ki, Tramp alçaldıcı şərtlərlə İranla müqavilə bağlamağa hazırdır, daha doğrusu, az qala yalvarır, İranın onillərlə dondurulmuş aktivlərini qaytarır – təki İran Hörmüz boğazını açsın. Çünki boğaz bir-iki ay da bağlı qalsa, ABŞ iqtisadiyyatı yarğana yuvarlanacaq, bütün “köpüklər” partlayacaq.
İndi onu Rusiya ilə müqayisə edək.
Rusiya müharibəyə başlayan günün sabahı ona qarşı bütün Qərb ölkələri tərəfindən bir gün ərzində 20 mindən çox sanksiya tətbiq edildi. İndi onların sayı 30 mini keçib. Sanksiyalar hərbi, iqtisadi, maliyyə, siyasi, humanitar, nəqliyyat, idman, mədəniyyət – ümumiyyətlə, ağla gələn və gəlməyən bütün sahələri əhatə edir. Bütün Qərb Ukrayanaya hər sahədə açıq kömək edir. İndiyədək Ukraynaya edilən birbaşa yardımın məbləği $300 milyarddan yuxarıdır…
...lakin bütün bunlara baxmayaraq, Rusiya 4,5 ildir ki, müharibə apara bilir – özü ABŞ kimi hava müharibəsi yoxa, quru müharibəsi aparır. Bu qədər müddətə, bu qədər sanksiyalar altında və bu qədər ölkələrə qarşı müharibə aparmaq üçün ölkə iqtisadiyyatı nə qədər dayanıqlı olmalıdır?!
Xatırladıram ki, ərazisinə bir bomba da düşməyən ABŞ iqtisadiyyatı 40 günlük müharibədən sonra nəyin bahasına olursa olsun, onu dayandırmağı tələb edir.
Asif Şəfəqqətov
İqtisadiyyat güzgüsündə son müharibələr