Dünya bazarında gübrə tədarükündə yaranan ciddi pozuntular qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığı artırır.
Financial Times nəşrinin məlumatına görə, İran ətrafında davam edən müharibə səbəbindən karbamid ( kənd təsərrüfatında bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunan əsas azot gübrələrindən biri) tədarükündə ciddi problemlər yaranıb və bu, qlobal təchizat zəncirinə təsir göstərməyə başlayıb.
Bildirilir ki, hazırda Fars körfəzində 1,1 milyon tondan çox karbamid yüklü gəmi gözləmə vəziyyətində qalıb. Bunun əsas səbəbi isə dünya gübrə ixracı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında yaranmış blokadadır.
Məlumata görə, qlobal karbamid ixracının təxminən üçdə biri məhz bu boğazdan keçir və bölgədəki hərbi gərginlik logistika zəncirini ciddi şəkildə pozur.
Eyni zamanda, təbii qaz qıtlığı səbəbindən Asiyanın bəzi gübrə zavodları fəaliyyətini müvəqqəti dayandırıb. Bu isə bazarda təklifin azalmasına və qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.
Analitiklərin hesablamalarına görə, münaqişə başlayandan bəri karbamidin dünya qiyməti 40 faizdən çox artıb. Ekspertlər hesab edir ki, bu proses davam edərsə, gübrə bahalaşması kənd təsərrüfatı məhsullarının maya dəyərini artıracaq və nəticədə qlobal ərzaq qiymətlərinə ciddi təsir göstərəcək.
Hörmüz bağlandı, gübrə bazarı çökür – dünya ərzaq böhranına gedir