İraq Milli Təhlükəsizlik Xidməti qurumun rəhbəri, rəsmi sözçüsü, Bağdadın təhlükəsizlik müdiri və bir neçə yüksək rütbəli zabitinə qarşı planlaşdırılan sui-qəsd cəhdinin qarşısı alınıb.
Bu barədə İraqın rəsmi xəbər agentliyi (INA) məlumat yayıb.
Məlumatda bildirilir ki, İraq Milli Təhlükəsizlik Xidməti genişmiqyaslı əməliyyat nəticəsində təşkilatın ali rəhbərliyini və komandir heyətini hədəf alan terror planını vaxtında müəyyən edərək tamamilə zərərsizləşdirib.
Sui-qəsd planının təfərrüatları və arxasında duran qüvvələr barədə hələlik rəsmi açıqlama verilməyib. Faktla bağlı araşdırmalar davam edir.
İraqda təhlükəsizlik rəhbərlərinə qarşı sui-qəsd cəhdi olub