İsraillilər Fələstin torpaqlarını yandırırlar

Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallah şəhərində fələstinlilərə məxsus mülkləri yandırıblar.

Baş verən yanğının görüntüləri sosial mediada paylaşılıb.

İsrail əsgərləri və Fələstin torpaqlarını ələ keçirən israillilər son zamanlar işğal olunmuş Qərb Şəriyəsindəki Fələstin mülklərinə və kənd təsərrüfatı torpaqlarına hücumlarını artırıblar.

Fələstin mənbələrinə görə, 8 oktyabr 2023-cü ildən bəri Qərb Şəriyəsində baş verən hadisələrdə 1169 fələstinli ölüb, 12666 nəfər yaralanıb.

Ümumi Qəzzada isə İsrail ordusu 72 740 nəfər günahsız Qəzza sakinini qətlə yetirib, 172 555 nəfər sakin isə yaralayıb.