İlahi ədalətə əsaslanan mübarizənin varlığı zülmün qorxulu yuxusu olaraq hər dövrdə zalımları narahat edib, edir və edəcəkdir. Tarix Hüseyn ibn Əlinin (ə) simasında bunun parlaq nümunəsini yaşamış, ədalət naminə döyünən qəlbin əbədiləşən tablosunu, ölməz bir məktəbi öz yaddaşına həkk etmişdir.
Bu gün də həmin məktəbdən güc alan rəşadətli və mübariz İran xalqının soyqırımı törədən qatillərə, pozğun və əxlaqsız qüvvələrə, dünyada hegemonluq və istismar siyasəti həyata keçirən imperialistlərə qarşı nümayiş etdirdiyi qəhrəmanlıq əvəzsizdir. Bu yolda qurban verdikləri şəhidlər, xüsusilə Ayətullah Xameneinin pak qanı bu mübarizənin əbədiləşən iksiri olmuşdur.
Yeni Ali Məqamlı Rəhbərin seçilməsi ilə İran xalqı bir daha Trampa tərsinə şapalaq vuraraq öz müqəddəratını həll etmək qüdrətinə sahib olduğunu göstərdi. Bu münasibətlə İslam dünyası qardaş İran xalqını yeni Ali Rəhbər İmam Müctəba Xameneinin seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir.
Biz, Müsəlman Birliyi Hərəkatı (MBH) İslam İnqilabının Ali Rəhbəri İmam Müctəba Xameneiyə istikbar və şər qüvvələri qarşısında İlahi yardım və uğurlar arzulayırıq.
-
MBH İmam Müctəba Xameneiyə istikbar istikbar qüvvələri qarşısında İlahi yardım və uğurlar arzulayır