İspaniya ABŞ-İsrail müharibəsi ilə bağlı İsraildəki səfirini birdəfəlik geri çağırıb.
Bu addım Madridin mövqeyi ilə bağlı ölkələr arasında diplomatik qarşıdurmanın kəskinləşməsi fonunda atlıb.
Səfir ötən ilin sentyabr ayında İspaniyanın tətbiq etdiyi məhdudiyyətlərlə bağlı diplomatik mübahisə əsnasında İspaniyaya geri çağırılmışdı. Madrid İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyat səbəbindən İsrail üçün silah daşıyan təyyarə və gəmilərin limanlarından və hava məkanından istifadəsini qadağan etmişdi. İsrailin xarici işlər naziri Gideon Saar bu tədbirləri pisləyərək antisemitizm adlandırmışdı.
İspaniya bu gün səfirin səlahiyyətlərinə xitam verildiyini rəsmi olaraq elan etdi. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, Təl-Əvivdəki səfirliyə qeyri-müəyyən müddətə müvəqqəti işlər vəkili rəhbərlik edəcək.
Bu addım 2023-cü ilin oktyabr ayından bəri ciddi gərginlik yaşayan ölkələr arasında diplomatik münasibətlərin kəskinləşməsində yeni bir mərhələ oldu.
İspaniyadakı İsrail səfirliyinə də müvəqqəti işlər vəkili rəhbərlik edir. Bu, İsrailin ötən ilin may ayında İspaniyanın Fələstin dövlətini tanımasına etiraz olaraq İspaniyadakı səfirini geri çağırmasından sonra baş verib.
İspaniya İsraildəki səfirini geri çağırdı