Siyasi məhbus Polad Aslanovun həyat yoldaşı sosial media üzərindən paylaşım edərək son günlər hicabla bağlı sünü qadağanı tənqid edib. O, paylaşımda təhsildəki çoxsaylı problemlərə diqqət çəkərək orta məktəblərdə olan bir çox problemlərin həllinə fokslanmanın daha əhəmiyyətlı olduğunu bildirib.
“Övladım 8 yaşından etibarən öz istəyi ilə hicab bağlayır. Hazırda 13 yaşı var. Məktəbə digər sinif yoldaşları kimi məktəbli formasında gedir, onlardan yeganə fərqi hicabının olmasıdır. Övladımın saçının görünməsi sizin üçün niyə bu qədər önəmlidir? Saçı görünəndə dərsi daha tez qavrayacaq, daha elmli olacaqmı? Övladım sinifdə ən yaxşı oxuyan şagirdlərdən biridir. İndiyə qədər müəllimələri tərəfindən onun barəsində bir dəfə də olsun şikayət olmayıb.
Allah və bəndəsi olaraq bizə məlumdur ki, bu qadağanın arxasında hansı niyyətlər dayanır. Lakin tarix boyu Allahla savaşan heç kim qalib olmayıb, belə şəxslər sonda zəlil halda məğlubiyyətə uğrayıblar. Qoyduğunuz bu qadağanı hansı məntiqə və hansı qanuna əsasən tətbiq edirsiniz?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, özünüz də etiraf etdiyiniz kimi, Azərbaycanda 10 şagirddən 8-i repetitor yanına gedir. Məktəblərdə şagirdlərin BSQ və KSQ yazmaları üçün Nazirlik tərəfindən ayrıldığı deyilən A4 kağızlarını isə nə müəllimələr, nə də şagirdlər görür. Məktəbli çantalarının çəkisi bəzən 7–10 kiloqram olur. Bununla yanaşı, dərsliklərin məzmunu və hazırlanması da bir çox hallarda müasir təhsil standartlarına cavab vermir.
Məktəblərin sanitar qovşağında şagirdlərin hansı oyunlardan çıxmasını, azyaşlı şagirdlərin siqaret çəkməsini araşdırın. Siz bunlardan danışın, bunların həlli üçün addımlar atın. Mənim övladımın hicabı onun təhsilinə əngəl olmayıb, olmayacaq da. Övladımın Peyğəmbəri (s) buyurur ki, Elm Çində də olsa arxasıyca gedin, öyrənin.”
Hicaba qoyulan qanunsuz qadağanı qəbul etmir və bu məsələdə sonadək qanun çərçivəsində mübarizə aparacağam