UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlara start verilib.
Əvvəlcə “Qalatasaray” İstanbulda İngiltərə klubu “Liverpul”u minimal hesabla məğlub edib. Daha bir İngiltərə komandası “Totenhem” də səfərdə İspaniya təmsilçisi “Atletiko”ya uduzub – 2:5. Digər bol qollu matç “Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya) oyununda qeydə alınıb. Ev sahibinin qapısının torunu 6 dəfə silkələyən Almaniya təmsilçisi bunlardan yalnız birinə cavab ala bilib – 6:1. Pley-off mərhələsində “Qarabağ”ı məğlub edərək növbəti mərhələyə adlayan “Nyukasl” doğma meydanında İspaniya nəhəngi “Barselona ilə heç-heçə edib – 1:1.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-i və 12-də baş tutacaq.
"Bavariya" və "Atletiko"dan darmadağın, "Barsa"dan heç-heçə