Ramazan ayının 20-dən 21-nə keçən gecə (Martın 10-dan 11-ə keçən gecə) ehtimal olunan ikinci Qədr gecəsidir. Əksər Məscidlərdə inanclıların iştirakı ilə müqəddəs Ramazan ayının ikinci ehtimal edilən Qədr gecəsi mərasimi təşkil ediləcək.
Məlumat üçün bildirək ki, ehtimal edilen ikinci qədr gecəsi, eyni zamanda Həzrəti Məhəmməd Peyğəmbərin (s) canişini Həzrət Əlinin (ə) şəhadətə çatdığı gecədir.
Qeyd edək ki, Qədr gecəsinin dəqiq hansı gecə olduğu məlum deyil. Amma etibarlı İslam mənbələrinə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də adlandırılır. Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Bu gecə Hz Əlinin (ə) şəhadəti və ikinci ehtimal edilən Qədr gecəsidir