"Turan Tovuz" "Zirə" ilə heç-heçə etdi

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə bitib - 1:1.

Meydan sahiblərinin heyətində 22-ci dəqiqədə Rəhim Sadıxov, qonaqlardan 63-cü dəqiqədə Davit Volkov fərqləniblər.

Tovuz klubu 56 xalla üçüncü, "Zirə" 46 xalla dördüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sabah" "Karvan-Yevlax"ı qəbul edəcək.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.