İsrailin törətdiyi Qəzza qətliamı: 71 599 can…

Atəşkəsə baxmayaraq, İsrail Qəzza sektoruna hücumlarını davam etdirir.

Qəzza sektorunun Səhiyyə Nazirliyi İsrailin 2023-cü ilin oktyabrından bəri davam etdirdiyi kütləvi qətliamlar, hərbi cinayətlər və soyqırımı nəticəsində həyatını itirən dinc qəzzalılarla bağlı son məlumatları paylaşıb.

Son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 5 ölü və 7 yaralının gətirildiyi qeyd olunub.

Bildirilib ki, Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bu yana İsrailin hücumları nəticəsində 823 dinc fələstinli qətlə yetirilib, 2 308 nəfər yaralanıb, dağıntılar altından isə 763 nəfərin cəsədi çıxarılıb.

Həmçinin qeyd olunub ki, İsrailin 2023-cü il 7 oktyabrdan bəri Qəzzada 72 599 günahsız fələstinlini qətlə yetirib, 172 411 nəfəri isə yaralayıb. Həmçinin 10 minə yaxın insan itkin düşüb.

Xatırladaq ki, İsrailin qətlə yetirdiyi dinc qəzzalıların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.