“Hizbullah”dan İsrail əsgərlərinə növbəti dron zərbəsi

Livanın “Hizbullah” hərəkatı İsrail hərbçilərinə dron zərbəsi endirib.

Xəbər verir ki, hərbi əməliyyat İsrailin şimalında – Şomera qəsəbəsi yaxınlığında cəmləşmiş İsrail əsgərlərinə qarşı həyata keçirilib.

İsrail tərəfi hücum nəticəsində 12 əsgərinin yaralandığını bildirib.

Dron zərbəsi artilleriya mərmilərini daşıyan hərbi texnikaya tuş gəlib. Ərazidə yanğın başlayıb, həmçinin artilleriya mərmiləri də partlayıb.