Azərbaycanda qadınların pensiya yaşı daha altı ay artaraq 65-ə çatıb

Azərbaycanda qadınların pensiya yaşı daha altı ay artaraq 65-ə çatıb və beləliklə, kişilərin pensiya yaşı ilə bərabərləşib.

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, pensiya yaşı hər il altı ay artırılırdı. Kişilər üçün bu proses 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək davam edərək 65 yaş həddində dayanıb. Qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla 65-ə çatdırılıb.

Qanunvericiliyə bu dəyişiklikdən əvvəl Azərbaycanda kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxırdılar. Müstəqilliyin ilk illərində isə bu hədd qadınlar üçün 50, kişilər üçün 55 yaş idi.