Paşinyandan İsrailin qərarına gözlənilməz reaksiya: "Bu, bizim marağımıza deyil"

"Bu məsələnin bir silah kimi istifadə edilməsi prosesinə daxil olmamağın Ermənistanın maraqlarına uyğun olduğuna inanırıq".

Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi partiyasının iclasından sonra İsrail hökumətinin qəbul etdiyi qərarla bağlı sualı cavablandırarkən belə deyib.

"Bir cavab vermək ehtiyacı görmürük. Çünki bu məsələnin bir silah kimi istifadə edilməsi prosesinə daxil olmamağın Ermənistanın maraqlarına uyğun olduğuna inanırıq" , - Ermənistan lideri qeyd edib.

Xatırladaq ki, İsrail hökuməti 28 iyun tarixində ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarını yekdilliklə "soyqırımı" kimi tanımaq barədə qərar qəbul edib.