Fransa millisi Dünya Çempionatının qrup mərhələsində Norveçə böyük hesabla qalib gəlib.
Norveç – Fransa matçı 1:4 hesabı ilə başa çatıb.
Fransanın qollarını Usman Dembele və Dezir Doue vurublar. Dembele 7, 20 və 32-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Dezir Doue isə 90+4-cü dəqiqədə matçın yekun hesabını müəyyənləşdirib.
Norveçin yeganə qolunu 21-ci dəqiqədə Thelo Aasgaard vurub.
***
Usman Dembele Norveçlə oyunda het-trik edib.
Musavat.com xəbər verir ki, Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Norveç – Fransa matçında növbəti qol vurulub.
Qarşılaşmanın 32-ci dəqiqəsində Usman Dembele Aurelien Tchouameninin ötürməsindən sonra fərqlənərək hesabı 3:1 edib.
Dembele bundan əvvəl 7-ci və 20-ci dəqiqələrdə də rəqib qapısına yol tapmışdı. Norveçin qolunu isə 21-ci dəqiqədə Thelo Aasgaard vurub.
Hazırda hesab Fransanın xeyrinə 3:1-dir.
DÇ-2026: Fransa Norveçi darmadağın etdi