24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Şotokan karate üslubu üzrə 16-cı WSF Dünya çempionatı keçirilib.
Azərbaycanı bu çempionatda təmsil edən Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Nuray İbadova, Fatimə Salahlı, Murad Hacızadə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib və dünya çempionu adını qazanıb.
Nuray İbadova “FHN İdman Sağlamlıq Mərkəzi”nin nəzdində fəaliyyət göstərən karate klubunun və baş məşqçi Murad Hacızadənin yetirməsidir.
Qeyd edək ki, çempionatda müxtəlif yaş və çəki dərəcələri üzrə yarışan digər idmançılar da bir neçə medal qazanıb. Yarışın nəticələrinə əsasən, Əhmədli Əziz (14–15 yaş, 63 kq), Mailli Məhəmməd (12–13 yaş, 50 kq) bürünc, Cəfərova Mədinə (16–17 yaş, 53 kq) gümüş, İbadova Nuray (16–17 yaş, 66 kq), Salahlı Fatimə (12–13 yaş, 43 kq), Murad Hacızadə (böyüklər, 84 kq) qızıl medal qazanaraq yarışın qalibləri olublar.
Gənc idmançılarımız dünya çempionu oldu