Almaniya kansleri Fridrix Merts bildirib ki, ABŞ-ın İranla bağlı siyasətində aydın strategiya müşahidə olunmur və mövcud vəziyyət Vaşinqton üçün çətinlik yaradır.
Bu barədə “N-TV” portalı məlumat yayıb.
Onun sözlərinə görə, hazırda ABŞ-ın hansı istiqamətdə hərəkət edəcəyi qeyri-müəyyəndir:
“Amerikalıların konkret strategiyası görünmür. İran tərəfinin danışıqları necə apardığını nəzərə alsaq, Vaşinqtonun hansı çıxış yolunu seçəcəyini demək çətindir”.
Kansler vurğulayıb ki, ABŞ xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ciddi siyasi təzyiqlə üzləşir.
Fridrix Merts həmçinin Əfqanıstan və İraq münaqişələrini xatırladaraq qeyd edib ki, əsas problem hərbi proseslərin necə tamamlanacağıdır. Onun fikrincə, İrana qarşı mümkün hərbi addımlar kifayət qədər düşünülmüş sayılmaya bilər.
Siyasətçi gərginliyin tezliklə sona çatacağına ümid etdiyini desə də, mövcud vəziyyətdə bunun real görünmədiyini əlavə edib.
ABŞ İran qarşısında çıxılmaz vəziyyətdədir - Almaniya kansleri