Vaşinqton arxiyepiskopu Kardinal Robert W. McElroy, ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin "mənəvi cəhətdən qanuni olmadığını" söyləyib.
The Guardian yazır ki, McElroy bu həftə Catholic Standard-a verdiyi müsahibədə deyib: "Qanuni səbəb meyarı yerinə yetirilməyib; çünki ölkəmiz İranın hazırkı və ya baş verməsi ehtimal olunan, obyektiv şəkildə sübut edilə bilən hücumuna cavab verməyib.
Papa Benediktin açıq şəkildə qeyd etdiyi kimi, Katolik təlimləri qabaqlayıcı müharibəni - yəni gələcək hadisələr haqqında fərziyyələrlə əsaslandırılmış müharibəni dəstəkləmir. Əgər qabaqlayıcı müharibə mənəvi cəhətdən məqbuldursa, müharibəyə getmək üçün əsaslandırma ilə bağlı bütün məhdudiyyətlər ciddi şəkildə təhlükə altındadır."
MakElroy həmçinin bu münaqişənin "düzgün niyyətlər" meyarına cavab vermədiyini iddia edərək bildirib:
"İrandakı müharibənin ilk günlərinin ən narahatedici aspektlərindən biri məqsəd və niyyətlərimizin tamamilə qeyri-müəyyənliyi idi; İranın ənənəvi və nüvə silahları potensialını məhv etməkdən tutmuş rejimi devirməyə, demokratik hökumət qurmağa və ya qeyd-şərtsiz təslim olmağa qədər.
Əgər aydın bir niyyətiniz yoxdursa, ədalətli müharibə ənənəsində düzgün niyyətlər meyarına cavab verə bilməzsiniz.
Hazırkı müharibə səylərimiz ədalətli müharibə katolik doktrinasına uyğun deyil; çünki bu müharibənin faydalarının vuracağı zərərdən daha çox olub-olmayacağı heç bir şəkildə aydın deyil."
Vaşinqton arxiyepiskopu: ABŞ və İsrailin İrana qarşı müharibəsi "Mənəvi cəhətdən qanuni deyil"