Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov martın 10-da Tbilisidə keçirilən iftar mərasimində Baş nazir İrakli Kobaxidzenin səsləndirdiyi fikirlərə münasibət bildirib.
O, sosial şəbəkə hesabında yaydığı bəyanatda qeyd edib ki, Tbilisidəki Cümə məscidində sünni və şiə müsəlmanlarının eyni məsciddə birlikdə ibadət etməsi yalnız tolerantlığın göstəricisi deyil, həm də məcburi zərurətin nəticəsidir.
Açıqlamada vurğulanıb ki, ölkədə dini tolerantlığın daha aydın şəkildə təzahür etməsi üçün bəzi tarixi ədalətsizliklərin aradan qaldırılması vacibdir:
"Gürcüstanın Baş naziri Irakli Kobaxidze Ramazan ayı münasibətilə ölkədə dini həmrəylik və tolerantlıq haqqında səsləndirdiyi fikirlərdə bildirib: “Bizim gücümüz Gürcüstanda, bu torpaqda yaşayan xalqları birləşdirən həmrəylikdədir. Bu gün regionda çox mürəkkəb hadisələr baş verir və bu fonda Gürcüstanda sünnilər və şiələrin eyni məsciddə birlikdə namaz qılması xüsusi rəmzi məna daşıyır. Gürcü İslamı məhz bu xüsusiyyəti ilə unikaldır. Düşünürəm ki, bu, dinc birgəyaşayış və ümumi razılıq hər kəs üçün nümunə ola biləcək örnəkdir.”
Hörmətli Baş nazirin müsəlman icmasının birliyini və ölkədə mövcud olan dini tolerantlığı vurğulamasını müsbət qiymətləndirir və buna görə təşəkkürümüzü bildiririk. Doğrudan da, Gürcüstanda müsəlmanlar uzun illərdir ki, qarşılıqlı hörmət və anlayış şəraitində yaşayır və bu birlik ölkədə sülhün və sabitliyin qorunmasına öz töhfəsini verir.
Eyni zamanda qeyd etmək istərdik ki, Tbilisidə sünni və şiə müsəlmanlarının eyni məsciddə birlikdə ibadət etməsi yalnız tolerantlığın göstəricisi deyil, müəyyən mənada mövcud şəraitdən irəli gələn və məcburi bir zərurətin nəticəsidir. Məhz buna görə də hesab edirik ki, ölkədə dini tolerantlığın daha aydın və real şəkildə təzahür etməsi üçün bəzi tarixi ədalətsizliklərin aradan qaldırılması vacibdir.
Sovet dövründə dinlərə və dini icmalara vurulan zərərin dövlət tərəfindən qismən tanınmasını nəzərdə tutan 27 yanvar 2014-cü il tarixli 117 nömrəli qərarın ruhuna uyğun olaraq, müsəlman icmasının tarixi və dini irsinin bərpasına da xüsusi diqqət yetirilməlidir. Bu baxımdan Tbilisidə yerləşən, Sovet dövründə dağıdılmış, təxminən 400 illik tarixə malik olan Şah İsmayıl (xalq arsında Şah Abbas kimi məşhurdur) məscidinin – şiə müsəlmanlarına məxsus tarixi ibadət məkanının – müsəlman icmasına qaytarılması və bərpa edilməsinə imkan yaradılması həqiqi tolerantlığın mühüm nümunəsi ola bilər.
Əgər bu məscidin bərpasına və müsəlman icmasına qaytarılmasına şərait yaradılsa, bu addım Gürcüstanda dini azadlığın və qarşılıqlı hörmətin daha da gücləndiyini praktik şəkildə nümayiş etdirər.
Bununla yanaşı, təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi hallarda müsəlman icmasına münasibətdə müəyyən ayrı-seçkilik və ikili standartların mövcudluğu hiss olunur. Ümid edirik ki, hörmətli Baş nazirin rəhbərlik etdiyi hökumət bu məsələlərə də diqqətlə yanaşacaq və bütün dini icmalar üçün bərabər münasibətin təmin olunması istiqamətində mühüm addımlar atılacaq.
Biz müsəlmanlar olaraq həm ölkəmizdə, həm də dünyada sülhün, qarşılıqlı anlaşmanın və ədalətin tərəfdarıyıq. Arzumuz budur ki, Gürcüstanda formalaşmış dini həmrəylik yalnız sözlə deyil, əməli addımlarla da möhkəmlənsin, bütün vətəndaşlar üçün bərabər hüquq və imkanlar təmin edilsin.
Sonda Ramazan ayı münasibətilə bütün müsəlmanları və ölkəmizin bütün vətəndaşlarını təbrik edir, Gürcüstanda və dünyada sülhün, əmin-amanlığın və qarşılıqlı hörmətin daim hökm sürməsini arzulayırıq".
Xatırladaq ki, Baş nazir İrakli Kobaxidze hökumət üzvləri ilə birlikdə 10 mart tarixində müsəlman icması üçün iftar süfrəsi təşkil edib.
Mirtağı Əsədov Tbilisidə dağıdılmış məscidin bərpasına çağırış edib