Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) başlayır. Tədbir 17–22 may 2026‑cı il tarixlərində baş tutacaq.
BMT‑nin Məskunlaşma Proqramının (UN‑Habitat) İcraiyyə Şurasının Keniyada keçirilən 3‑cü sessiyasında Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) 2026‑cı ildə Bakı şəhərində keçiriləcəyinə dair qərar rəsmən elan edilib.
Ümumdünya Şəhərsalma Forumu (WUF) müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaq məqsədilə 2001‑ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilib.
Forum öz fəaliyyətinə 2002‑ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.
BMT‑nin Məskunlaşma Proqramı (UN‑Habitat) tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır.
WUF13 əsas diqqəti qlobal mənzil böhranına yönəldərək layiqli mənzil təminatını insan hüquqlarının, eləcə də təhlükəsiz, davamlı və inklüziv şəhərlərin təməli kimi təqdim edir.
Bakıda WUF13 başlayır