Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağəli Yəhyayevin bacısı Elnarə Eldar qardaşının saxlanma şəraitindən şikayətlənir.
O, sosial media hesabında etdiyi paylaşımda A.Yəhyayevin səhhətində problemlər olduğunu, habelə ağır xəstələrlə birgə saxlanıldığını yazıb.
"Adamın xəstəliyi göz önündədir. Üzünə baxdıqda bədənindəki xəstəliyin sürətlə artdığını görə bilmək olur. Qaraciyərində intensiv piylənmə gedir. Sözüm bu deyil. Qardaşım hələ indiyə kimi şikayət etməyib. Hərçənd ən ağır şərtlərdə ən ağır xəstələrlə saxlanıb", - o qeyd edib.
E.Eldarın sözlərinə görə, cəzaçəkmə müəssisəsində tibbi xidmət yox səviyyəsindədir.
"Bu yaxınlarda dişi ağrıyıb, ağrıkəsici içib, lakin həkimə getməyib. Niyə? Çünki həkimin formal olaraq adı var. Dərmanları qarışıq verirlər. Xəstəlik kitabçası yoxdur, aparılan müalicələr qeydə alınmır ki, xəstə məhkuma nəsə olsa, məsuliyyət daşına.
AİDS (SPİD) xəstəsi ilə bir kamerada saxlandıqlarını yalnız bu yaxınlarda biliblər. Düzdür, adi fiziki təmasla bu yoluxucu xəstəlik keçmir. Amma ən azından məhkumlara bildirilməli deyildi ki, bu adam ağır xəstədir? Bəs bəlkə qan yolu ilə keçərdi?", - o sual edib.
Fəalın bacısı əlavə edib ki, müəssisədə verilən analizlərin cavabı gec verildiyinə görə AİDS xəstəsinin özü də uzun müddət bu xəstəliyi daşıdığını bilməyib.
"Əsəb xəstəliyi olan başqa bir məhkum bu yaxınlarda qaynar suyu məhkumların üzərinə töküb. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb. Bundan çıxardığım nəticə budur ki, mənim qardaşımı və digərlərini sakit ölümə tərk ediblər. Düzdür, hamı öləcək. Həbsdəki də, azadlıqdakı da. Amma adam bilə-bilə uçuq divarın altında oturmaz ki", - o bildirib.
E.Eldar Penitensiar Xidmətin rəhbərliyinə müraciət edərək həbsxanalarda islahatlar aparmağa çağırıb.
A.Yəhyayev 2023-cü ilin avqustunda həbs edilib, 2024-cü ilin sentyabrında isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib.
Özü isə ittihamı qəbul etmir.
A.Yəhyayev bundan əvvəl də - 2015-ci ildə həbs edilərək "Nardaran işi" üzrə mühakimə olunub və ona 15 il həbs cəzası verilib. O, 2021-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
Ağəli Yəhyayevin bacısı: "Qardaşım sakit ölümə tərk edilib"