Amerika mediasında rəsmilərinə istinadən verilən məlumatda İsrailin Vaşinqton və Tehran arasındakı münaqişəyə son qoymaq məqsədi daşıyan danışıqlarda iştirak edən İran nümayəndələrini aradan qaldırmağı düşündüyünü bildirmişdi.
Mümkün hədəflər arasında İranın xarici işlər naziri Abbas Əraqçi və ölkənin baş danışıqlar aparan nümayəndəsi, eyni zamanda parlamentin spikeri vəzifəsini icra edən Məhəmməd Bağer Qalibaf da var idi.
İsrail ənənəvi olaraq regional münaqişələrdə qarşı tərəflərin nümayəndələrinə qarşı hədəfli zərbələr endirməkdə ittiham olunur.
Xüsusilə, onlar 2025-ci ilin sentyabr ayında İsrailin Dohada atəşkəs təklifini müzakirə etmək üçün HƏMAS nümayəndələrinə hücum etdiyi hadisəni misal gətiriblər.
Məsələyə İsrail tərəf reaksiya verib. İsrail "The New York Times" və "The Washington Post" qəzetlərində danışıqları aparan iranlı rəsmilərə qarşı sui-qəsd planları ilə bağlı yayılan məlumatları təkzib edərək, onları "saxta xəbər" və "reallığın tamamilə uydurma versiyası" adlandırıb.
ABŞ İsraili iranlı rəsmilərə sui-qəsdə cəhdlə, İsrail isə bu iddiaların təkzib ilə çıxış etdi