İran Yəmənə qarşı 11 ildən çox davam edən hava blokadasını yarmağa müvəffəq olub.
Belə ki, İslam Respublikasına məxsus təyyarə ötən gün Səna beynəlxalq aerportuna eniş edərək yəmənli yüksəkrütbəli dövlət xadimlərini, digər rəsmi şəxsləri və qonaqları Tehran hava limanına çatdırıb. Həmin yəmənli qonaqlar İslam İnqilabının şəhid Ali lideri Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimlərində iştirak üçün İrana gəliblər.
Maraqlıdır ki, Yəmən ordusunun (“Ənsarullah” hərəkatı, husilər) bəyanatına əsasən, İranın mülki təyyarəsi Yəmən səmasına daxil olmaq istəyərkən Səudiyyə Ərəbistanına məxsus qırıcılar Yəmənin hava məkanına müdaxilə edərək reysə mane olmağa çalışıb. Lakin Yəmən ordusu HHM-lər vasitəsilə cavab atəşləri açaraq qırıcıları geri çəkilməyə vadar edib.
Qeyd edilir ki, bununla da 11 illik fasilədən sonra Səna beynəlxaq hava limanı uçuşları, o cümlədən də İrana və geri istiqamətdə olan uçuşların bərpa edildiyini elan edib.
Bundan başqa, Yəmən ordusu Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək bildirib ki, Yəmənə qarşı istənilən aqressiyanın və ya ölkənin hava məkanının yenidən pozulması zamanı Səudiyyə Ərəbistanının quruda və dənizdə yerləşən hava limanlarına və digər həyati mühüm obyektlərinə kütləvi cavab zərbələri endiriləcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin başçılığı ilə bir sıra region ölkələri illərlə Yəmənə qarşı müharibə aparıblar.
İran Yəmənə qarşı tətbiq edilən hava blokadasını yardı