Yunan mətbuatı: “İsrail bizi tələyə saldı”

Yunanıstan mətbuatında Yunanıstanın İsrail ilə getdikcə dərinləşən müdafiə əməkdaşlığına reaksiyaları artır. “Bu əməkdaşlıq Afinanı tələyə salıb” kimi şərhlər verilir. Yunanıstanın İsrailin Troya Atı kimi davrandığı yazılır.

Yunanıstan mətbuatının Yunanıstanın qatil İsrail dövləti ilə getdikcə daha çox strateji əməkdaşlığına reaksiyaları artır. Bu yaxınlaşmanın Yunanıstanı İsrailin peykinə çevirdiyini göstərən xəbərlər və şərhlər dərc olunur.

Yunanıstan xəbər portalı Banking News yazıb ki, “bu əməkdaşlıq Afinanı tələyə salıb”.

Baş nazir Kiriakos Mitsotakis və müdafiə naziri Nikos Dendiasın İsrailə qarşı yürütdüyü siyasət “ölümcül səhv” kimi təsvir edilib.

Axilles Qalxanı müdafiə sisteminin İsraildən alınması “strateji tələ” kimi təsvir edilib. “İsrail bizi Türkiyə ilə tam müharibəyə sürükləyir” kimi şərhlər verilib.

Yunanıstanın “Documento” xəbər saytı Yunanıstanın İsrailin Troya Atı kimi davrandığını və Türkiyə ilə çoxcəhbəli gərginlik riski daşıdığını şərh edib.

“Militaire” xəbər saytı da diqqət çəkən bir xəbər dərc edib. Orada “Yunanıstan artıq İsrailin peykinə çevrilib” və “Biz kiminsə əlində qalan faydalı bir torpaq parçasına çevrilmişik” şərhini verib.