İsrail Livanda mülki şəxsləri öldürməyə davam edir

Livan Səhiyyə Nazirliyi, İsrailin Livanın cənubuna son hücumunda 3 qadın və 3 uşaq da daxil olmaqla ən azı 10 nəfərin öldüyünü və 3 nəfərin yaralandığını açıqladı.

Atəşkəsin davam etməsinə baxmayaraq, İsrail bir daha Livanı hədəf aldı. Livan Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin Tir əyalətindəki Deyr Qan əl-Nəhr şəhərinə hava hücumu həyata keçirdiyi bildirilir və "İlkin məlumatlara görə, hücumda 3 qadın və 3 uşaq da daxil olmaqla ən azı 10 nəfər həlak olub, biri uşaq da daxil olmaqla 3 nəfər yaralanıb" deyilir. Livan Səhiyyə Nazirliyi hücumu "qırğın" adlandırıb, sionist İsrail ordusu isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.