Beynəlxalq Hüquqşünaslar Komissiyası (BHK) mayın 18-də Azərbaycanda vəkillərin müstəqilliyi və ədalətli məhkəmə hüququnun pozulması halları ilə bağlı hesabat yayımlayıb.
"Təzyiq altında ədalət" adlı hesabatda bildirilir ki, Azərbaycanda hüquq peşəsinin müstəqilliyi "hakimiyyətin Vəkillər Kollegiyası üzərində nəzarəti və təsiri nəticəsində məhdudlaşdırılır". Buna nümunə olaraq kollegiyaya üzvlüyün ayrı-seçkilik xarakterli aparılması, intizam tədbirlərindən cəza vasitəsi kimi istifadə edilməsi, həmçinin müstəqil vəkillərin cinayət təqibinə məruz qalması halları sadalanır.
Əlavə olunur ki, bu çatışmazlıqlar və məhkəmə hakimiyyətinin müstəqil olmaması cinayət prosesində təqsirləndirilən şəxsləri Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və İnsan Hüquqları üzrə Avropa Konvensiyasına əsasən ədalətli məhkəmə araşdırması hüququnun təminatından məhrum edir.
"Azərbaycan Vəkillər Kollegiyasına qəbul prosesi insan hüquqları müdafiəçisi kimi tanınan vəkilləri kənarda saxlamaq üçün sui-istifadə olunmağa davam edir, intizam tədbirləri peşəkar etikaya nəzarət mexanizmi olmaqdan çox nəzarət və təzyiq aləti funksiyasını daşıyır, siyasi baxımdan həssas işlərdə ittiham olunan şəxsləri müdafiə edən vəkillər isə vəkillikdən xaric edilmə, cinayət təqibi və digər təqib formaları ilə üzləşirlər", - hesabatda qeyd olunub.
BHK-yə danışan vəkillərin sözlərinə görə, belə işlərə çıxmağa hazır olan vəkillərin sayı çox azdır.
Avropa İnsan Hüquqları Məhkəməsinin İntiqam Əliyev, Xalid Bağırov və Aslan İsmayılov kimi vəkillikdən xaric edilmiş şəxslərin hüquqlarının pozulduğunu müəyyən edən qərarlarının "böyük ölçüdə icra olunmamış qaldığı" bildirilir.
BHK hesabatda Azərbaycanda həbsdə olan və bu il hökm oxunan erməni məhbusların da öz seçdiyi vəkillərlə və tərcümə ilə təmin olunma hüquqlarının pozulduğunu əlavə edib.
BHK sonda Azərbaycan hakimiyyətini Vəkillər Kollegiyasının həqiqətən müstəqil və özünüidarə edən qurum kimi fəaliyyət göstərməsini təmin etməyə, həmçinin siyasi baxımdan həssas işlərə çıxan vəkillərə qarşı təqiblərə son qoymağa çağırıb.
Beynəlxalq Hüquqşünaslar Komissiyası: "Azərbaycanda siyasi işlərə çıxan vəkillər təzyiqlərlə üzləşir"