6 illik fasilədən sonra Tbilisi və Bakı arasında gündəlik sərnişin qatarlarının hərəkəti mayın 26-dan bərpa olunacaq.
Bu barədə razılığı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili əldə ediblər.
Həmçinin ikitərəfli Əlaqələndirmə Şurasının protokolu imzalanıb ki, buna əsasən Bakı-Tbilisi-Qars yeni dəmir yolu sahəsi tam istismara veriləcək.
Xatırladaq ki, Bakı və Tbilisi arasında sərnişin qatarlarının hərəkəti pandemiya dövründə dayandırılmışdı. Ötən ilin martında Dubayda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisi-Bakı istiqamətində dəmir yolu reyslərinin bərpası barədə bəyanat vermişdi. O zaman Baş nazir qeyd etmişdi ki, sözügedən məsələ ilə bağlı Azərbaycanla danışıqlar aparılır.
Bundan əvvəl, fevralın ortalarında Azərbaycan mediası bir neçə mənbəyə istinadən yazırdı ki, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin qatarlarının hərəkəti may ayında bərpa oluna bilər. Sərnişinlərin daşınması üçün isə İsveçrənin "Stadler" şirkətinin qatarlarının adı çəkilirdi.
Bu gün isə məlum olur ki, iki ölkənin paytaxtı arasında dəmir yolu sərnişin daşınması cari ilin 26 may tarixindən bərpa olunacaq.
Mayın 26-dan Bakı-Tbilisi sərnişin qatarı fəaliyyətə başlayır