İraq neft limanları fəaliyyətini dayandırdı

İraq Baş Limanları Şirkətinin baş direktoru Fərhan əl-Fərtusi ölkə sahilləri boyunca neft terminallarının fəaliyyətini dayandırdığını açıqlayıb.

Xarici KİV-lər xəbər verir ki, o, Barsa limanı yaxınlığında iki tankerə hücum edildiyini təsdiqləyib. 

"Neft limanlarının işi dayandırılıb, lakin kommersiya limanları fəaliyyətini davam etdirir",  - deyə əl-Fartusi aydınlıq gətirib.

İraq təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, iki tankerə endirilən zərbələr nəticəsində bir heyət üzvü həlak olub. Daha 38 nəfər xilas edilib.