Nigeriyada partlayış olub, 23 nəfər ölüb, 108 nəfər yaralanıb

Nigeriyanın şimal-şərqində törədilən partlayışlar nəticəsində 23 nəfər həlak olub, 108 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Borno ştatının hüquq-mühafizə orqanlarının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, partlayışlar terrorçular tərəfindən həyata keçirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.