İsrailin gizli bazası deşifrə oldu

İsrailin İraq səhrasında gizli hərbi baza yaratdığı və İran ərazisinə endirilən hava zərbələrinə həmin bazadan operativ dəstək verdiyi bildirilir.

“Wall Street Journal” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, baza əsasən kəşfiyyat məlumatlarının toplanması, hava əməliyyatlarının koordinasiyası və logistik dəstək məqsədilə istifadə olunub.

Məlumata görə, hadisələrdən birində İsrail ordusu həmin mövqedən İraq qüvvələrinə də zərbə endirib. Bu addım isə bazanın yerləşdiyi ərazinin demək olar ki, ifşa olunmasına səbəb olub.

Nəşr qeyd edir ki, sözügedən obyekt uzun müddət məxfi rejimdə fəaliyyət göstərib və regiondakı əməliyyatlarda mühüm rol oynayıb.