Bu gün Aşura günüdür

Bu gün dünyanın hər bir nöqtəsində Əhli-Beyt (ə) aşiqi olan müsəlmanlar və hətta qeyri-müsəlmanlar Aşura gününü qeyd edirlər.

Hicri-qəməri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəlada İmam Hüseyn (ə) və onun sadiq səhabələri əməvi xəlifəsi Yezid ibn Müaviyənin əmri ilə şəhid edilib. Müsəlmanlar hər il Məhərrəm və Səfər aylarında Kərbəla şəhidlərinin xatirələrini anaraq onlara əza saxlayırlar.

Ölkəmiz Azərbaycanda da məscidlərində də Əhli-Beyt (ə) aşiqləri tərəfindən əzadarlıq məclisləri böyük şövq ilə keçirilir. Hüseyn (ə) aşiqləri Allah Rəsulunun (s) nəvəsinə matəm saxlamaqla vəfa əhdini bir daha təzələmiş olurlar.