Qəzzada ötən ilin oktyabrında qüvvəyə minən atəşkəsdən bəri öldürülən fələstinlilərin sayının 1000-i ötdüyü bildirilir.
Qəzzanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, ötən həftə İsrail ordusunun Qəzzanın cənubunda Muvasi qaçqın düşərgəsinə açdığı atəş nəticəsində iki nəfər ölüb, daha altı nəfər yaralanıb.
Atəşkəsdən bəri ölənlərin ümumi sayının 1005-ə çatdığı, onların 265-inin uşaqlar olduğu deyilir.
İsrail Müdafiə Qüvvələri (IDF) atəşin terrorçuları hədəf aldığını iddia edib. IDF bir qayda olaraq sadəcə Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının atəşkəsi pozmasına cavab verdiyini deyir. HƏMAS isə iddianı qəbul etmir.
Eyni zamanda, atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağı daxilində mövqelərini genişləndirdiyi, hazırda zolağın 65 faizinə nəzarət etdiyi bildirilir.
Qəzza rəsmiləri 2023-cü ildə İsrailin Qəzzada müharibəyə başlamasından bəri zolaqda ölənlərin ümumi sayının isə 73 mini keçdiyini deyir. Onların 20 mindən çoxu uşaqlardır.
İsrail 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumlarına cavab olaraq Qəzzada müharibəyə başlayıb.
Ötən ilin oktyabrında isə ABŞ-nin vasitəçiliyi ilə zolaqda atəşkəs elan olunub.
Qəzza rəsmiləri: "Atəşkəsdən bəri 1000-dən çox sakin öldürülüb"